
Ənənəvi dadlı
klassik limonad
«TAC» şirkətinin daha bir məhşur markası yerli qazlı içkilər arasında 1 nömrəli brend «Gülüstan» limonadlarıdır. Şirin sərinləşdirici içkilər ailə bayramlarının ənənəvi süfrə bəzəyi, mehriban məclislərin yoldaşı, qohumlarla, dostlarla səmimi söhbətlərin baş qəhrəmanıdır.
Limonadların özəl dadı və keyfiyyəti təbii su ilə yanaşı, həmçinin Almaniyanın «Dohler» şirkətinin məhsulu olan təbii meyvələrdən və giləmeyvələrdən hazırlanmış aromatizatorların istifadəsi ilə əldə olunur. Limonadların qablaşdırılması Almaniya istehsalı olan dünyada tanınmış qida məhsulları istehsal xətti «Krones» avadanlığ ilə həyata keçırilir. Məhsulların keyfiyyəti beynəlxalq ISO 9001:2015 və ISO 22000:2018 sertifikatları ilə təsdiqlənib.
Alıcıların istəklərini və təkliflərini nəzərə alaraq şirkət «Gülüstan» limonadlarını geniş çeşidlərdə istehsal edir və hərkəsin zövqünü oxşayır.

Gülüstan Düşes
Yaddaşlarda iz buraxan həmin o dad! Ənənəvi Gülüstan düşes limonadı unudulmaz parlaq dadı və ətri ilə hər udumunda sizi uşaqlıq illərinizə qovuşdurur. Süfrələrin olmazsa olmazına çevrilən Gülüstan düşes, böyükdən-kiçiyə hər kəsin üstünlük verdiyi və sevdiyi bir daddır.
Gülüstan limonadlarının istehsalında ən keyfiyyətli dadlandırıcılardan istifadə olunur ki, məhz onların sayəsində yetişmiş armudun şirin dadı və unudulmaz ətri ərsəyə gəlir.
Gülüstan Düşes limonadı hər bir udumu ilə uşaqlıq xatirələrinizə səyahət olacaq!

Gülüstan Tərxun
Klassik dad hər zaman sevilənlərdəndir! Gülüstan tərxun xoşagələn dadı və valehedici ətri ilə anında fərahlıq və gümrahlıq bəxş edir. O, ənənəvi dadlara sadiq qalanlar üçün isti yay günlərinin susuzluğunuzu unutduracaq ideal seçimdir.
Gülüstan limonadlarının istehsalında ən keyfiyyətli dadlandırıcılardan istifadə olunur ki, məhz onların sayəsində tərxunun xarakterik təravətləndirici dadı və xüsusi ətiri ərsəyə gəlir.
Gülüstan Tərxun limonadı süfrələrinizə bir ayrı ləzzət qatır!
Gülüstan Feyxoa
Subtropik meyvə olan feyxoanın vətəni Braziliyadır. Feyxoa az bir ölkələrdə yetişdirilir. Bu ölkələrdən biri də Azərbaycandır. Özünəməxsus ətri və fərqli ananas və çiyələk notları ilə seçilən bu meyvənin dadı ilə ağız dadınızı təəccübləndirəcək!
Gülüstan limonadlarının istehsalında ən keyfiyyətli dadlandırıcılardan istifadə olunur ki, məhz onların sayəsində feyxoanın fərqli şirin və turş dadı və dolğun təravəti ərsəyə gəlir.
Gülüstan Feyxoa limonadı fərqli dadı ilə fərqli emosiyalar yaşadır!
Gülüstan Şaftalı
Şaftalı yay fəslinin ən dadlı və sevilən meyvələrindən biridir. Bol sulu və ləzzətli şaftalı meyvəsinin dadına artıq hər fəsildə qovuşmaq çox asandır. Bənzərsiz dadı və zərif ətri ilə tanınan Gülüstan şaftalı ilin istənilən fəslində şirəli şaftalı dadını hiss etdirir.
Gülüstan limonadlarının istehsalında ən keyfiyyətli dadlandırıcılardan istifadə olunur ki, məhz onların sayəsində şaftalının xoş şirin və turş dadı, yetişmiş meyvələrin ətri ərsəyə gəlir.
Gülüstan Şaftalı pozitiv hisslər və yüksək əhval-ruhiyyə mənbəyidir!
Gülüstan Albalı
Albalı sevənləri biganə qoymayacaq bir dad! Orijinal dadı ilə fərqlənən Gülüstan albalı limonadı hər kəsin qəlbini asanlıqla fəth edir. Təkrarolunmaz ləzzəti ilə yaddaşlarda uzun müddət iz buraxacaq bir dad axtarışında olanlar üçün Gülüstan albalı ən ideal seçimdir.
Gülüstan limonadlarının istehsalında ən keyfiyyətli dadlandırıcılardan istifadə olunur ki, məhz onların sayəsində albalının parlaq, şirin dadı və zəngin ətri ərsəyə gəlir.
Gülüstan Albalı nəfis ləzzəti ilə süfrənizi taclandırır!
Gülüstan Portağal
Sitrus meyvələrinin ən populyar dadı! Portağal C vitamininin tükənməz mənbəyi hesab edilir. Gülüstan portağal limonadı bu meyvənin sulu şirin dadını və möhtəşəm ətrini yetərincə hiss etdirir. Anında enerji və fərahlıq bəxş edir.
Gülüstan limonadlarının istehsalında ən keyfiyyətli dadlandırıcılardan istifadə olunur ki, məhz onların sayəsində portağalın əla şirin və turş dad və parlaq ətiri ərsəyə gəlir.
Gülüstan Portağal əsl yay əhval ruhiyyəsini yaradacaq!
G-Cola
Sərinləşdirici içkilərin kralı sayılan Kola yeməklərin yanında ən çox üstünlük verilənlər siyahısında birincidir. Əfsanəvi Gülüstan Kola ilə yeməkləriniz daha ləzzətli, enerjiniz daha yüksək olur. Özünəməxsus dadı və ləzzəti ilə hər bir ortama pozitiv əhval-ruhiyyə və sevinc qatır.
Gülüstan limonadlarının istehsalında ən keyfiyyətli dadlandırıcılardan istifadə olunur ki, məhz onların sayəsində yerli colanın təravətləndirici və canlandırıcı dadı ərsəyə gəlir.
Gülüstan Kola maksimum həzz hissi ilə yaddaşınızda qalacaq!