
Missiya və dəyərlər
Uğurlu şirkətin qarşısında duran ən vacib vəzifə istehsal edilən məhsulun beynəlxalq standartlara və müəyyən edilmiş normativlərə uyğunluğudur.
«TAC» MMC-nin sahibləri və rəhbərliyi ilk gündən etibarən istehlakçıları onların sağlamlığına müsbət təsir göstərən yüksək keyfiyyətli məhsullarla təmin etməyi qarşıya əsas məqsəd qoyublar. Şirkətin fəaliyyəti "Suyun keyfiyyəti - həyatın keyfiyyəti" prinsipial mövqe əsasında uzun illərdir dəyişilməz olaraq davam etdirilir. Şirkətin bütün məhsulları təbii mənbədən əldə edilmiş mineral sudan
istifadə etməklə hazırlanır.
İstehlakçıların "canlı" təbii su və ekoloji cəhətdən təhlükəsiz sərinləşdirici içkilərlə təmin olunması şirkətimizin öz üzərinə götürdüyü və müvəffəqiyyətlə həyata keçirdiyi əsas vəzifəsidir.

Fəaliyyət
«TAC» MMC əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi üçün Azərbaycanda yaradılan ilk şirkətlərdən biridir. Şirkət özəl müəssisə kimi 1997-ci ildə təsis edilib və artıq 25 ildir ki istehlakçılar tərəfindən böyük rəğbət hissi ilə qəbul edilir. Bütün bu illər ərzində şirkət özünü həm etibarlı istehsalçı, həm də etibarlı tərəfdaş kimi tanıdıb.
«TAC» MMC-nin məhsulları ən yüksək Avropa standartlarına və müəyyən edilmiş normativlərə uyğun olaraq istehsal edilir. Yüksək keyfiyyətli xammal, müasir avadanlıq, qabaqcıl texnologiyalar və ixtisaslı mütəxəssislərimiz, həmçinin su hazırlanması problemləri ilə məşğul olan yerli və xarici Tədqiqat İnstitutları ilə daimi əməkdaşlığımız məhsullarımızın keyfiyyətini, yüksək qida dəyərini və əla dadını təmin edir.
«TAC» MMC-nin məhsullarının keyfiyyəti beynəlxalq sertifikatlar ISO 9001 və ISO 22000 sertifikatları ilə təsdiq edilib. Bu sənədlər şirkətin istehsal etdiyi məhsulların həm yüksək keyfiyyətinin, həm də təhlükəsizliyinin sübutudur.

Keyfiyyət və Qida Təhlükəsizliyi Siyasəti şirkətin ümumi inkişaf strategiyasının tərkib hissəsidir. «TAC» MMC qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün aşağıdakı prinsipləri rəhbər tutur:
-
ISO 9001:2015 QMS və ISO 22000:2018 FSMS beynəlxalq standartlarının tələblərinə uyğun olaraq, daxili və xarici mühitin dəyişən amillərindən asılı olaraq şirkətin Keyfiyyət və Qida Təhlükəsizliyi İdarəetmə Sisteminin, əsas biznes proseslərinin və idarəetmə proseslərinin ölçülməsi, təhlili və təkmilləşdirilməsi.
-
Məhsulun keyfiyyətinin təminatı və qida təhlükəsizliyi sahəsində sistemli təlim və məlumatların verilməsi yolu ilə işçilərin səriştəliliyinin təmin edilməsi.
-
Müştərilərin məhsulların keyfiyyəti və təhlükəsizliyindən məmnunluğunu təsdiqləmək üçün tələb və gözləntilərinin daim öyrənilməsi, həmçinin şikayət və təkliflərin cəld və operativ şəkildə cavablandırılması.
-
Şirkətin fəaliyyəti ilə əlaqədar, eləcə də məhsulların qida təhlükəsizliyinin təmin edilməsi sahəsində qüvvədə olan qanunlara və digər normativ tələblərə uyğunluq.
-
Biznes proseslərinin idarə edilməsində və optimallaşdırılmasında risk yönümlü düşüncənin tətbiqi.
-
Keyfiyyət və Qida Təhlükəsizliyi İdarəetmə Sisteminin səmərəliliyinin artırılması və təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanması, o cümlədən şirkətin fəaliyyətinin nəticələrinə dair məlumatların müntəzəm toplanılması və təhlili.
-
Keyfiyyət və Qida Təhlükəsizliyi məsələləri üzrə tərəfdaşlar, təchizatçılar, podratçılar və digər maraqlı tərəflərlə əməkdaşlıq və məlumat mübadiləsi.
«TAC» MMC-nin rəhbərliyi bu Siyasətin həyata keçirilməsi, onun şirkət əməkdaşlarının diqqətinə çatdırılması, habelə Keyfiyyət və Qida Təhlükəsizliyi sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün şəraitin təmin edilməsi üçün məsuliyyət daşıyır.
Keyfiyyət və qida
təhlükəsizliyi siyasəti
Maliyyə hesabatları

Sponsorluq və xeyriyyəçilik
«TAC» şirkətin ilk ticarət nişanı olan «Aquavita» markası ilə sağlam həyat tərzini dəstəkləyir və bir çox idman və ictimai tədbirlərdə rəsmi su tərəfdaşı olaraq çıxış edir.