
Suyun mənbəyi
Qafqazın mineral suları bütün dünyada məşhurdur və ən keyfiyyətli hesab edilir. “TAC” şirkətinin məhsullarının istehsalında istifadə edilən su Bakıdan 200 kilometr məsafədə olan ölkəmizin Xaçmaz rayonu, Susayqışlaq kəndinin təmiz meşə massivində yerləşən artezian quyusundan hasil olunur. Burada su ətraf mühitdən bioloji və kimyəvi çirklənmədən etibarlı şəkildə qorunur.
Təbii suyunun unikallığı ondadır ki, təbiətin özü onu qüsursuz, təmiz, mineral maddələrlə mükəmməl balanslaşdırılmış və yumşaq dada malik yaradıb. Su qədim dağ süxurları qatlarından keçərək, zəif minerallaşır və əlavə faydalı xüsusiyyətlər əldə edir. O orqanizm üçün əhəmiyyətli olan makro- və mikroelementlərlə zəngin olduğu üçün, fizioloji cəhətdən yüksək dərəcəli hesab edilir.
Zavoda çatdırılma
400 m dərinliyə malik artezian quyusundan çıxarılan təbii bulaq suyu xüsusi termosavtosisternalar vasitəsilə zavoda nəql olunur və xüsusi rezervuar çənlərə doldurulur. Təbiətin ona verdiyi təbii mineral tərkibinin pozulmaması üçün bütün avtosisternalar, çənlər, eyni zamanda zavodun ərazisində quraşdırılan borular xüsusi yüksək keyfiyyətli paslanmayan poladdan hazırlanmışdır.
Qablaşdırılmadan öncə suyun tərkibi dəyişdirilmədən 3-pilləli filtrlərdən keçərək mexaniki qarışıqlardan təmizlənir və ultrabənövşəyi (UV) bakterisid şüalarla zərərsizləşdirilir, bütün sanitar-gigiyena normalarına və qaydalarına riayət etməklə müxtəlif həcmli şüşələrə doldurulur.
Laboratoriyalar
“TAC” MMC-də fəaliyyət göstərən şəxsi laboratoriyalar şirkətin əsas qürur mənbəyidir. Zavodda fəaliyyət göstərən fiziki-kimyəvi və mikrobioloji laboratoriyalar xammalın zavoda daxil olmasından tutmuş hazır məhsulların anbara daxil olmasınadək istehsal zəncirinin bütün mərhələlərində suya kimyəvi, mikrobioloji və orqanoleptik nəzarəti həyata keçirir, bu analizlərin nəticələrinin təyin olunmuş standartlara uyğunluğunu təmin edir.
Fiziki-kimyəvi laboratoriya - məhsulun fiziki kimyəvi göstəricilərinin yoxlanmasını və təyinini həyata keçirir. Bu analizlərə suyun codluğunun və qələvililiyinin təyini, suyun ümümi kimyəvi analizi, alkoqolsuz içkilərin turşuluğunun təyini, CO2 qazının miqdarının müəyyən edilməsi və s. analizləri aid etmək olar.
Mikrobioloji laboratoriya – məhsulun mikrobioloji göstəricilərinin yoxlanmasını və təyinini, həmçinin hazır məhsulun təhlükəsizliyini mikrobioloji analizləri həyata keçirməklə təmin edir. Mikrobioloji analizlər - mikroorqanizmlərin spesifik mühitdə yetişdirilməsi vasitəsi ilə məhsulda mikroorqanizmlərin ümümi miqdarını və növünü təyin etməyi təmin edir.
Xüsusən qeyd etmək lazımdır ki, “TAC” şirkətinin laboratoriyaları Azərbaycan Akkreditasiya Mərkəzi akkreditasiyasından keçmişdir. Bu prestijli attestat şirkətin laboratoriyasına Azərbaycan ərazisində istənilən su və spirtsiz içki məhsullarının keyfiyyət və normalara uyğunluq qiymətləndirməsini həyata keçirmək hüququ verir.
.jpeg)

Qablaşdırma xətti
“TAC” şirkəti məhsullarının istehsalında Almaniyanın dünyaca məşhur “KRONES” şirkətinin istehsalı olan qablaşdırma avadanlığından istifadə edir. Bu avadanlıq ən yüksək keyfiyyətli məhsul istehsal etməyə imkan verir. İstehsal prosesi insan amilinin su ilə hər hansı təmasını istisna edir. Bütün proseslər, qarşıya qoyulmuş vəzifənin icrasını almanlara xas dəqiqliklə olaraq yerinə yetirən “beyin mərkəzi”nin tam nəzarəti altında, avtomatik həyata keçirilir. Şüşələrin üfürülməsi və doldurulmasından tutmuş hazır məhsulun avtomatik qablaşdırmasınadək bütün istehsal prosesinə tam olaraq kompüter nəzarət edir. Bu texnoloji yenilənmə “TAC” şirkətinə nəinki istehsal həcmini artırmağa, həmçinin suyun təmizlənməsi və keyfiyyətə nəzarət sisteminin gücləndirməyə imkan vermişdir.
Plastik injeksiya xətti
Azərbaycanda fəaliyyət göstərən digər su istehsalçılarından fərqli olaraq, “TAC” şirkəti bütün iri həcmli məhsullarının tara və qablaşdırma materiallarını öz sahəsində istehsal edir, zavod dünya lideri olan Kanadanın tanınmış “HUSKY” şirkətinin avadanlığı ilə təchiz edilmişdir. Bura 0,5-2 litrlik butulkaların, 5, 10 və 17,5 litrlik qabların, yivli və dispenser boğazlıqlı 19 litrlik balonların preformaları, həmçinin bütün iri qabaritli taralar üçün qulplar və qapaqlar daxildir. Qablaşdırma materiallarının istehsalı üçün yalnız polietilentereftalat qranulası satın alınır, qalan bütün proseslər zavodda beynəlxalq standartlara və normalara uyğun həyata keçirilir və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sertifikatlaşdırılır.
Aromatizatorlar
Məhsulların əla dadı və yuksək keyfiyyəti təbii su və Almaniyanın məşhur “DOHLER” şirkəti tərəfindən istehsal olunan təbii meyvə və giləmeyvələrdən hazırlanan aromatizatorlar və ətirlərdən istifadə etməklə təmin edilir.
“DOHLER” dünyanın aparıcı istehsalçılarından və təchizatçılarından biri olaraq 180 ildən çoxdur ki faliyyət göstərir, qida və içki sənayesi üçün təbii inqrediyentlər, aromatizatorlar və rəngləyicilər, eyni zamanda kompleks
həllər təklif edir.

Keyfiyyətə nəzarət
Hər bir işin keyfiyyəti iş yerindəki nizamdan və təmizlikdən asılıdır. Bu, xüsusilə də qida məhsullarının istehsalına aiddir. “TAC” şirkətində artıq uzun illərdir ki, qida təhlükəsizliyi üzrə beynəlxalq standartlar sistemi tətbiq edilir, ISO 9001 və ISO 22000 sertifikatları əldə edilmişdir. Şirkətdə Azərbaycan səviyyəsində və beynəlxalq səviyyədə nəzərdə tutulmuş bütün istehsal tələblərinə, o cümlədən sanitar-texnoloji tələblərə ciddi şəkildə riayət edilir, istehsalın hər bir mərhələsində, hər bir istehsal sahəsində məsul şəxslər tərəfindən sanitar-texnoloji normalara riayət olunmasına nəzarət edilir.