Ticarət Markaları
1997-ci ildən başlayaraq «TAC» şirkəti daxili bazarı «Aquavita» təbii mineral suları, geniş çeşiddə «Gülüstan» limonadları, «Şahdağ» keyfiyyətli içməli su və təbii şirə tərkibli içkiləri, «Nicetea» soyuq çayları və «Jingo» təbii şirə tərkibli içkiləri ilə təmin edir.
«TAC» şirkəti nəhəng texniki potensialı sayəsində öz istehsal səhələrində şəxsi marka altında su və sərinləşdirici içkilərin qablaşdırılması xidmətini də həyata keçirir və həm yerli, həm də xarici iri şəbəkələrlə əməkdaşlıq edir.
«TAC» MMC-nin məhsullarının keyfiyyəti beynəlxalq sertifikatlar ISO 9001 və ISO 22000 sertifikatları ilə təsdiq edilib. Bu sənədlər şirkətin istehsal etdiyi məhsulların həm yüksək keyfiyyətinin, həm də təhlükəsizliyinin sübutudur.
Şirkətin mükəmməl dada və gözəl tərkibə malik məhsullarının istehsalında yüksək keyfiyyətli xammal təbii mənbədən əldə edilmiş mineral sudan istifadə olunur.