top of page
Nicetea soyuq çayları

Yeni çay ənənələri yaradırıq

Dünyanın müxtəlif yerlərinin öz çay ənənələri var və demək olar ki, hamısı yekdilliklə onu isti halda içməyi tövsiyə edir. Ancaq müasir zamanda bu ətirli içkidən həzz almağın yeni xüsusi forması inkişaf edib – soyuq çay ənənəsi.

«Nicetea» soyuq çayları mükəmməl dadı və təravəti, yüksək keyfiyyəti və əla orqanoleptikası sayəsində böyük istehlakçı kütləsinin marağına səbəb olmuşdur. Bu sərinləşdirici içkilər fərqli zövqləri oxşayan, eyni zamanda unikal xüsusiyyətlərə malik olan fərqli çeşidlərdə təqdim edilir.

«Nicetea» çaylarının bütün növləri xüsusi olaraq hazırlanan şəkər siropu üzərində hazırlanır. Soyuq çayların istehsalı üçün qatılaşdırılmış çay konsentratı, ən keyfiyyətli su və müxtəlif təbii inqrediyentlərdən istifadə edilir. Buna görə içki yüksək bioloji aktivliyə malik tonik komponentləri, həmçinin özünəməxsus dadı və ətrini qoruyub saxlayır. «Nicetea» çayları susuzluğu mükəmməl yatıraraq ən tələbkar dad zövqü təmin edəcək məhsuldur.

Soyuq çay

«Nicetea» soyuq çayları alkoqolsuz qazsız içkidir, yay istisi üçün ideal seçimdir: susuzluqdan xilas edir, istilənmədən qoruyur, əhval-ruhiyyəni yüksəldir və canlandırır. Eyni zamanda yeni dad birləşmələri bəxş edir: Seçilmiş yerde şaftalı, limon, meşə giləmeyvəli qara soyuq çay və ya nanə və limonlu yaşıl soyuq çay - dadmağa dəyər! O, günün istənilən vaxtında susuzluğunuzu yatırmağa kömək edəcək və qara çayın nəcib notlarının şirin və turş meyvə tonları ilə harmonik şəkildə birləşdiyi heyrətamiz dadla sizi sevindirəcək. Kiçik bir plastik butulka hər yerə rahatlıqla aparıla bilər: gəzintiyə, işə, dərsə və ya uzun yola çıxanda.

Nicetea şaftalı soyuq çay 0.5 L  pet taj.az

1/4

ŞAFTALI

0,5 LT / PET

Bağlamada 8 ədəd.

Saxlanma şəraiti: 5-20°C temperatur şəraitində, havanin nisbi rütubəti 75%-dən artıq olmamaq şərti ilə saxlanmalı, işıq və günəş şüalarından qorunmalıdır.

Saxlanma müddəti 9 ay.

Nicetea şaftalı premium soyuq çay 450 ml  taj.az

1/4

ŞAFTALI

450 ML

Bağlamada 12/24 ədəd.

Saxlanma şəraiti: 5-20°C temperatur şəraitində, havanin nisbi rütubəti 75%-dən artıq olmamaq şərti ilə saxlanmalı, işıq və günəş şüalarından qorunmalıdır.

Saxlanma müddəti 12 ay.

Soyuq çay
Premium seriya

«Nicetea» soyuq çaylarının premium seriyasına dörd klassik dad daxildir - şaftalı, meşə giləmeyvələri, limon və manqo-ananas. Bu seriyanın təravətləndirici içkiləri uzaqdan hiss olunan yetişmiş meyvənin dərin, zəngin ətirinə və uzun müddət ağızda qalan dada malikdir. İçki şəffaf, yüngül, gözəl yaqut rəngindədir. Alüminium qutu dünyanın ən davamlı və təkrar emal edilə bilən qablaşdırmasıdır. Belə konserv qutusunda olan içki öz dadını uzun müddət qoruyub saxlayır və ətraf mühitin zərərli təsirlərindən etibarlı şəkildə qorunur və xarab olmur.

Aquavita logo png
Gülüstan logo png
Şahdağ logo png
Jingo logo png
Nicetea logo png
bottom of page