top of page

«Aquavita» gəncləri dəstəkləyərək AGP Azərbaycanın 9-cu Milli Seçim Sessiyasına partnyorluq etdi

Updated: May 13, 2023

«Aquavita» ticarət markası ənənəyə sadiq qalaraq gənclərin yanındadır!



21-26 mart 2022 tarixlərində Avropa Gənclər Parlamenti (AGP) Azərbaycanın 9-cu Milli Seçim Konfransı keçirilmişdir. Tədbir çərçivəsində 220 azərbaycanlı və beynəlxalq AGP nümayəndəsi bir araya gəlmişdir. Müxtəlif təbəqələrindən olan insanları bir araya gətirən, harmoniyada yaşada bilən əsas amillərdən biri olan incəsənətsessiyanın əsas mövzusu olmuşdur.


Sessiya ərzində 11 komitə, 11 müxtəlif mövzular üzrə müzakirələr aparılıb, Avropa Parlamentində qəbul olunan formatda qətnamələr yazılmışdır. AGP Azərbaycanın 9-cu Milli Seçim Konfransı vasitəsilə seçilmiş ən aktiv 10 nümayəndə “Baku IS 2023” və “Istanbul 2024” AGP-nin 99-cu və 100-cü Beynəlxalq Sessiyalarına göndəriləcəkdir.


«Aquavita» markası “TAC” şirkətinin əsas ideologiyalsı olan sağlam və fəal həyat tərzini dəstəkləyir və Avropa Gənclər Parlamenti (AGP) Azərbaycanın 9-cu Milli Seçim Sessiyasında rəsmi su partnyoru qismində çıxış edir.


Qeyd etmək lazımdır ki, Avropa Gənclər Parlamenti vasitəsilə Avropanın 40-dan artıq ölkəsindən 3500 fəal könüllü və 60.000 şəbəkə iştirakçısı siyasi debat və mədəniyyətlərarası mübadilə təcrübəsi, dil biliklərinin təkmilləşdirilməsi və beynəlxalq arenada işləmək fürsəti əldə etməkdədir.


Konfrans gedişatı və fasilələr zamanı iştirakçılar təbii suya ehtiyac duyurlar. İdeal balanslaşdırılmış, unikal tərkibə malik «Aquavita» suları onların orqanizmini lazımlı minerallarla zənginləşdirərək tonusda saxlamağa imkan verir.


Yüksək keyfiyyətə, mükəmməl dada və unikal mineral tərkibə malik «Aquavita» suları olduğu kimi, təbiətin onu yaratdığı halında, təbii mineral tərikibi qorunub saxlanılaraq istehlakçıya çatdırılır. Məhz bu xüsusiyyət «Aquavita»-nı yerli bazarda olan digər sulardan fərqləndirir.


«Aquavita» işdə, istirahətdə və idman məşğuliyyəti zamanı əvəzolunmazdır!








 
 
bottom of page