“Aquavita Lite”: TAC şirkəti yeni universal içməli su xəttini istehlakçılara təqdim etdi
- dizamanova
- Dec 12, 2023
- 2 min read
Azərbaycanda əhalini yüksək keyfiyyətli içməli su ilə təmin etmək üçün yaradılmış ilk şirkətlərdən biri olan "TAC" şirkəti "Aquavita Lite" universal içməli su yeni xəttini istehsalına başlayıb.
"TAC" şirkətinin sahibləri və rəhbərliyi ilk gündən istehlakçıların sağlamlığına faydalı təsir göstərən yüksək keyfiyyətli məhsullarla əhalini təmin etməyi qarşısına vəzifə qoyub. Yeni universal su Aquavita Lite, təbii Aquavita kimi, təbii mənbədən minerallarla zəngin sudan istifadə etməklə hazırlanır. Sağlamlığa faydalı təsir göstərən xüsusiyyətlərini və təbii elementlərini qoruyub saxlamaqla, çox pilləli təmizləmə sistemindən keçir. Aquavita Lite suyunun əsas xüsusiyyəti onun xoş və yumşaq dadıdır.
Brendin məhsul xəttinə pərakəndə satış üçün nəzərdə tutulmuş 5, 10, 17,5 litrlik iri həcmli qablarda, həmçinin ofislər üçün 19 litrlik balonlarda qabllaşdırıllmış universal su daxildir. Çox yaxın gələcəkdə xəttin 0,5, 1 və 2 litr həcmli kiçik şüşələrlə genişləndirilməsi planlaşdırılır.
Aquavita Lite universal su və Aquavita təbii su istehsal prosesləri ilə fərqlənir. Bu proseslər nəticəsində eyni artezian suyundan iki fərqli məhsul ərsəyə gəlir. Su seçərkən istehlakçılar öz dad hisslərini rəhbər tutmalıdır. Necə deyərlər: "Zövqə görə yoldaş yoxdur". Bir çox müştərilər isti yeməklər və içkilər hazırlamaq üçün universal suyu, çiy halda içmək üçün isə təbii minerallarla zəngin suyu seçərək hər iki növ suyu sifariş edirlər.
Aquavita Lite universal su və Aquavita təbii su arasındakı fərqi bir neçə faktla müqayisə edərək izah etmək olar.
Aquavita Lite yumşaldılmış universal sudur. Otaq temperaturunda cuzi turşluqla orijinal şirin dadı var. Susuzluğu yatırtmaq üçün daha çox məhsul tələb olunur. Həm isti içkilər və yeməklər hazırlamaq üçün, həm də çiy halda istifadə üçün tövsiyə olunur. Bu su ilə hazırlanan içkilər mülayim dada və şəffaf rəngə malikdir. Qaynadıqda bu su isitmə cihazlarının məhv olması və qəhvə maşınlarının filtrlərinin tıxanmasını azaldır. Buna görə də bu suyu daha çox ofislərdə istifadə edirlər.
Aquavita mineral tərkibli təbii sudur. İnsan orqanizmi üçün lazım olan makro və mikroelementlərlə zəngin olduğu üçün fizioloji cəhətdən tam sayılır. Otaq temperaturunda neytral, yumşaq dadı var. Susuzluğu yatırtmaq üçün bu məhsul daha az miqdarda tələb olunur. Yumşadılmış sudan fərqli olaraq, ion mübadilə filtrləri ilə işlənmir, bu səbəbdən daha sərtdir. Qaynatma üçün tövsiyə edilmir. Qaynadıqda çöküntü əmələ gətirir ki, bu da isti içkinin şəffaflığını azaldır. Çiy halda istifadə, o cümlədən təhsil müəssisələrində istehlak üçün tövsiyə olunur.
Aquavita Lite suyunun istehsalı üçün xammal Bakıdan 200 kilometr aralıqda, Xaçmaz rayonunun Susayqışlaq kəndi ərazisində ekoloji cəhətdən təmiz meşə massivində 400 metr dərinlikdə yerləşən artezian quyusundan istifadə olunur. Müəssisəyə xüsusi avto-sisternlərlə gətirilən su bütün mexaniki çirklərdən təmizlənir, ultrabənövşəyi şüalarla dezinfeksiya edilir və bütün sanitar-gigiyenik norma və qaydalara riayət olunmaqla müxtəlif tutumlu qablara doldurulur.