Azərbaycanda alman keyfiyyətli məhsul
- dizamanova
- Apr 26, 2023
- 3 min read
Azərbaycanda alman keyfiyyətli məhsul
Yəqin ki, başlığı oxuyarkən tərəddüd edəcəksiniz, “bu sadəcə bir reklamdır” deyib keçmək istəyəcəksiniz. Çünki alman keyfiyyətli məhsul eşidəndə ancaq Almaniyada almanlar tərəfindən istehsal oluna biləcəyini düşünürsünüz. Əslində mən də elə düşünürdüm. Lakin indi tam əksini iddia edirəm! Çünki “TAC” şirkətinin ən məşhur brendi – öz dadı, ətri, ləzzəti, hətta rəngləri ilə bizi uşaqlığımıza aparan “Gülüstan” limonadlarının istehsal prosesinin şahidi qismində çıxış edəcəyəm.
Məqsədim odur ki, bu günə qədər eşitdiyiniz “O rəng qatılmış suları az için”, “İçməkdən doymadığın suyun qabları zibilliklərdən yığılır”, “Hamısı xəstəlik mənbəyidir” və s. kimi rəyləri, tövsiyələri eşidərkən, veriləcək cavabınız olsun. İnanaraq deyəsiniz ki, “Mən sizin düşündüyünüz kimi, sexlərdə kustar üsullarla hazırlanan keyfiyyətsiz suları deyil, alman keyfiyyətli “Gülüstan” limonadını içirəm”. Təkcə deməklə kifayətlənməyəsiniz, həm də fikrinizi əsaslandıra biləsiniz. Bunun üçün isə gərək bir az da vaxt ayırıb, mənim 20 ildir ölkəmizdə içməli su istehsalçıları arasında lider mövqelərdən birini tutan “TAC” şirkətinin Bakının Sulutəpə qəsəbəsində yerləşən zavodunda gördüklərimlə, öyrəndiklərimlə tanış olasınız.
Öncə qeyd edim ki, “TAC” şirkətinin “AquaVita”, “Gülüstan”, “Şahdag”, “Jingo”, “Nicetea” və s. kimi məşhur brendləri almaniyanın «Dohler» şirkətinin məhsulu olan təbii meyvələrdən və giləmeyvələrdən düzəlmiş aromatizatorlar və konsentratlardan və təbii artezian suyundan istifadə edərək hazırlanır. Suyun mənbəyi Qafqaz dağlarının dik təpələrlə əhatələnmiş, yaşıllıqlarla zəngin ətəyində, Xudat qoruq zonasındadır. 420 metr dərinlikdən çıxarılan bu su minerallarla zəngindir və ideal təmizliyə malikdir. Təbii ki, yerin altından çıxarılan suyun ideal təmizliyi qədər, bu təmizliyin istehsal prosesi yekunlaşanadək qorunması da mühüm şərtdir. Və öyrəndim ki, şirkət suyu onun əldə olunması, daşınması, istehsalı, qablaşdırılması zamanı ən az üç qat nəzarət mərhələsindən keçirir. Suyun daşındığı maşınlar, zavodda saxlandığı çənlər vaxtlı-vaxtında təmizlənir.
Daim yüksək keyfiyyət standartlarına sadiq qalan istehsalçı şirkət “Gülüstan” limonadlarının qablaşdırılmasını Almaniya istehsalı olan “Krones” avadanlığı ilə həyata keçırir. “TAC” MMC-nin mütəxəssislərinin sözlərinə görə, “Krones” dünyada tanınmış qida məhsulları xətlərinin istehsalı ilə məşğul olan şirkətdir. Bu texniki avadanlıq məhsulun istehsalını artırmağa, həmçinin təbii suyun təmizlənməsinə nəzarəti gücləndirməyə imkan verir. Eyni zamanda, qabların üfürülməsindən hazır məhsulun yüklənməsinə qədər bütün istehsal prosesi insan müdaxiləsi olmadan, müasir elektron avadanlıqlar vasitəsi ilə idarə olunur.
Yəqin ki, “Gülüstan” limonadları ilə bağlı sizi maraqlandıran daha bir məsələ onun hər kəsin zövqünə uyğun geniş çeşidlərinin necə əldə olunmasıdır. Narahat olmağa dəyməz. Bunun üçün “TAC” MMC-də nə hansısa boyadan, nə də dadlandırıcıdan istifadə edilmir. Yayda daha çox susuzluğunuzu yatırmaq, sərinləmək, qışda təbii meyvələrin ətrini, ləzzətini duymaq üçün bəh-bəhlə içdiyiniz “Düşes”, “Tərxun”, “Feyxoa”, “Şaftalı”, “Albalı”, “Portağal” və hətta “Kola” dadında “Gülüstan” limonadları Almaniyanın “Dohler” şirkətinin məhsulu olan, təbii meyvələrdən və giləmeyvələrdən düzəlmiş aromatizatorlardan istifadə edilərək hazırlanır. Spirtsiz içkilər bazarında geniş yayılmış “Gülüstan” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin icazəsi ilə istehsal olunur.
Qeyd edək ki, “TAC” MMC-nin yüksək ixtisaslı işçi heyətinin zəhməti və məsuliyyəti hesabına şirkətin məhsulları, o cümlədən “Gülüstan” limonadlarının keyfiyyəti dəfələrlə beynəlxalq sertifikatlarla dəyərləndirilib. Ən əsası, bu məhsullar ISO 9001:2008 və ISO 22000:2005 keyfiyyət menecmenti standartı sertifikatı alıb. Müəssisənin keyfiyyət üzrə meneceri Sevinc xanım Həsənovanın sözlərinə görə, “TAC” MMC məhsullara əlavə olunan inqrediyentlərə nəzarəti daim genişləndirir və mütəmadi olaraq bu sertifikatlara uyğunluğu təsdiqləyir. O da qeyd olunmalıdır ki, təkcə məhsullar deyil, onların qablaşdırıldığı plastik butulkalar da zavodun özündə, yüksək keyfiyyətlə istehsal edilir.
“İnsanı geyiminə görə qarşılayırlar” deyimini bir qədər dəyişib desək, məhsula ilk qiyməti onun görünüşünə görə verirlər. Hamımız yaxşı bilirik ki, istənilən məhsulun keyfiyyəti qədər olmasa da, qablaşdırması, görünüşü də çox önəmlidir. Məhz buna görə də plastik butulkalarda istehsal olunan limonadlarla yanaşı, yeni şüşə butulkalarda qablaşdırılan “Gülüstan” limonadlarının xarici görünüşü xüsusi zövqlə dizayn edilmiş və yeni texnoloji avadanlıq vasitəsilə avropa ölkələrində çox populyar olan avtosliv etiketlər ilə istehsal olunur. Belə ki, istənilən yaş qrupu üçün nəzərdə tutulan sevimli dadın – “Gülüstan”ın öz görüntüsü ilə süfrələrin bəzəyinə çevrilməsi üçün xüsusi səy göstərilib. Göz oxşayan nəticə isə göz qabağındadır.
Odur ki, Siz də mənim kimi, yüksək “alman” keyfiyyəti axtarışındasınızsa tərəddüd etmədən “Gülüstan”ı seçib, ləzzətlə içə bilərsiniz.