top of page

Eksperiment: Suyun “təmizliyini” ölçən apparat suda zəhəri aşkar edə bilmədi

Updated: May 5, 2023

Müəllif Ramin Musayev



Valideyn və müəllumlər bizi məktəbdə oxumağa məcbur edir. Zarafat var ki, “bəs məktəbdə oyrəndiyimiz məlumatlar bizə nə zaman lazım olacaq?” Bəzi məlumatlar doğrudan da, həyatda lazım olur.


Aktiv həyat tərzi sürürəm, hər gün 2 litr mineral su içirəm. Hər zaman çantamda və əlimdə Aquavita butulkası daşıyıram. Vaxtaşırı mənə su markasının seçimim haqqında mesajlar gəlir.


Bir dəfə izləyicimdən aldığım mesajda mağazalarda satılan bütün yerli suları yoxladığı və onlar haqqında məsləhətlər yazılmışdı. Mənim “Araşdırma apardığınız suların laborotor analiz nəticələrini göndərə bilərsinizmi” xahişimə isə TDS aparatla yoxladığını söyləmişdi.


Bir müddət bundan öncə, digər belə “ekspertin” satışda olan yerli suları “təmizliyi ölçən” aparat, yəni TDS-metr ilə yoxlaması və hökm çıxarması barədə video qabağıma çıxdı. Həmin videoda, mağazada satılan müxtəlif su markaları təqdim olunmuşdu. Hətta distilə olunmuş su da var idi. TDS metrlə bu suları yoxlayaraq, hansı suyu içməyi, hansını isə içməməyi məsləhət görürdü.


Və izləyicilər də inanır... Baxmayaraq ki, videonun müəllifi bir mütəxəssisdən çox uzaqdır və əlbəttə ki kimyaçı da deyil. Bir sözlə, manipulyasiya və ya sadəcə “hype”!


Niyə bu baş verir? Maraqlıdırsa, ardını oxu.


TDS-metr nədir?


TDS - Total Dissolved Solids, yəni suda həll olunmuş hissəciklərin ümumi sayı. Bu göstərici suda həll olunan orqanik maddələrin və duz tərkibinin səviyyəsini göstərir.


Sadə dildə desək, suyun təmizliyini deyil, onun tərkibində olan duzların ümumi səviyyəsini göstərir. Kimya dərslərində öyrəndiyimiz kimi, suyun tərkibində olan minerallarlar duzlardır və bu duzlar elektik keçirir. Duzların səviyyəsi nə qədər yüksək olursa, o qədər də elektrik keçirmə qabiliyyəti yüksək olur. Apparat da məhz bu göstəricini ölçmək, yəni suda olan duzların elektrik keçirmə səviyyəsini yoxlamaq üçün istifadə olunur.


Kimya elmi bizə öyrədir ki, tərkibində duzlar (minerallar) olan su “cod su” adlandırılır. Təbii mineralların miqdarı nə qədər yüksəkdirsə, codluq da o qədər yüksəkdir.


TDS-metr aparatının əsas məqsədi paltar və qab yuyan maşınlarda, avtomobilin radiatorunda və sairədə istifadə edilən suyun tərkibində olan duzun ümumi səviyyəsini ölçərək, yüksək minerallı suyu təyin etməkdir. Çünki, cod su qaynadığı zaman minerallar ərpə çevrilir və bu maşınların qısa zamanda sıradan çıxmasına yol açır (məsələn, çaydanda su qaynayandan sonra ərp qalmırsa, deməli suda heç bir mineral yoxdur). Bu qədər sadə.


İstehlakçılar çox zaman suyun dadının olmamasına, yüngülüyyünə aldanırlar. Su terminologiyasında belə bir anlayışın olmamasına baxmayaraq, “yüngül su” ifadəsinə gündəlik həyatda tez -tez rast gəlinir.


Bəzi istehsalçılar suyu təmizləmək üçün əks osmos qurğularından istifadə edərək “sıfırlayırlar”. Mütəxəssislərin “yüngül su” və ya “ölü su” adlandırdığı bu su təbii deyil, yumşaldılmış sudur. Yumşaldılmış və ya başqa sözlə demineralizasiya edilmiş (distillə edilmiş) su, həll edilmiş mineral duzlardan, üzvi maddələrdən və digər çirklərdən təmizlənmiş sudur. Yəni suda nə bakteriya, nə də mineral qalır. İlk baxışda bu suyu içməkdə elə də bir problem yoxdur. Lakin, belə suyun davamlı istifadəsi, bədəndəki, mineralları yuyub, çıxarır. Minerallar isə bizim orqanizmimizə çox lazımdır ki, immun sistemi güclü olsun. Sıfırlanmış su evdə texniki səbəblər, yaxud yemək bişirmək və çay hazırlamaq üçün yararlıdır.


Əks Osmos - suyun təzyiq vasitəsi ilə membrannan keçirilməsi nəticəsində iki hissəyə ayırır. Membrandan keçən hissə təmiz, distilə olunmuş sudur. Membrandan keçə bilməyən çirkli, həll olunmuş duzlar və mikro hissəciklər suyun tərkibindən ayrılaraq kənarlaşdırılır. Əks osmos suda 0,001-0,0001 mkm ölçüdə hissəcikləri ayırır. Bu diapazona sərtlik duzları, sulfat, nitrat, natrium ionlar, kiçik molekullar, rəngləndiricilər daxildir. Yenə sadə dildə desək, su sıfırlanır.


Əks osmos prosessindən sonra istehsalçılar suyu minerallarla zənginləşdirməlidirlər. Bunun üçün suya süni minerallar əlavə edilir və belə su mütəxəssislər tərəfindən “sintetik su” adlandırılır. Amma, bəzi yerli istehsalçılar xərclərini azaltmaq üçün süni yolla mineralları da əlavə etmir. Onların məqsədi xərcləri azaltmaq hesabına mənfəəti yüksəltməkdir. Axı heç kim butulkanın üzərində göstərilmiş maddələri suyun tərkibində yoxlamayacaq.


Yenə həmin yalançı “ekspertin” araşdırmalarına qayıtmaq istəyirəm.


Bu cür psevdoekspertlərin müxtəlif forum, sosial şəbəkə və diskussiyalarda “köynəklərini cıraraq” hamıya məsləhətlər verməsini görüb, bir eksperiment keçirdim və video hazırladım.


Birinci eksperimentimdə yüngül” suya tarakanlara qarşı kimyəvi maddə əlavə etdim. Öncə 34 əmsal göstərən su, zəhərli kimyavi maddə əlavə edəndən sonra, cəmi 3 punkt artıb, 37 göstərdi. Deməli, həmin “ekspertin” sözünə görə təmiz sudur. Sonra isə 34 əmsallı “yüngül” suda bir qaşıq sadə yemək duzunu həll etdim. Bu dəfə əmsal 575 göstərdi. Yenə başıbəlalı “ekspertin” teoriyasına əsaslansaq bu su istifadəyə heç cürə yaramır.


Bu o deməkdir ki, TDS metrlə suyu yoxlamaqla, zəhərli suyu təmiz kimi təyin edərək, insanları zəhərləmək olar. Bu isə boyük cavabdehlikdir!


Qeyd etmək istəyirəm ki, mənə inanmaya və bu eksperimenti özünüz evdə təkrar edə bilərsiniz. TDS metr suyun təmizliyinə zəmanət vermir, ona görə bu yalanlara aldanmayın.


Növbəti eksperimentimdə isə mağazada satılan və bütün dünyada tanınmış suları əldə edərək onların minerallaşma səviyyəsini həmin TDS metrlə yoxladım. Siyahıda Evian, Vittel, Badoit, San Pellegrino, Gerolstainer, Perrier və yerli Aquavita daxil idi. Bütün bu suların əmsalı 200-500 ppm arasında oldu. Aquavita və Evian sularının əmsalları çox yaxın oldu. Bu araşdırma Aquavita suyunun dünyada qəbul olunmuş standartlara uyğun olmasını göstərir.


Son olaraq qeyd etmək istəyirəm ki, niyə avtomobilə distilə olunmuş su əlavə etmək lazımdır. Çünki, mineral su qaynadığı zaman minerallar ərpə çevrilərək boruların divarlarında qalır. Bu isə sistemin qısa zamanda sıradan çıxmasına səbəb olur.


Ona görə avtomobiliniz üçün distilə olunmuş su, orqanizminiz üçün isə təbii, minerallarla zəngin, faydalı su tökmək lazımdır!

 
 
bottom of page