top of page

«GÜLÜSTAN» QAZANDIRMAĞA DAVAM EDİR!

Updated: Jun 3, 2023

“TAC” MMC-nin mart ayının 1-dən başlatdığı ənənnəvi “Gülüstan, iç və hədiyyə qazan!” lotereya kampaniyasının növbəti uduş verilmə tədbiri keçirilmişdir.



Kampaniyanın ilk günündən etibarən 2.042 nəfər Bakcelldən internet paket, 90 nəfər 50 manat, 45 nəfər 100 manat, 6 nəfər 200 manat və 1 nəfər 500 manat dəyərində pul uduşlarının sahibi olmuşdurlar.

30 iyun tarixinədək davam edən “Gülüstan, iç və hədiyyə qazan!” kampaniyası müddətində göndərilən hər bir promo kod 3 dəfə tirajda iştirak edir - 1 gündəlik tirajda 100 Meqabayt, 50 manat və ya 100 manat, 1 həftəlik tirajda 200 manat və 1 aylıq tirajda 500 manat super uduş qazanmaq şansı verir. Daha cox kod - daha çox uduş şansı!


Lotereya kampaniyasının iştirakçısı olmaq üçün 1, 1,5 və 2 litr həcmində xüsusi nişanlanmış qızılı qapaqlarla Gülüstan” ticarət nişanlı limonadlarının ən azı bir ədədini dəyəri ödənilməklə əldə edib, qızılı rəngli qapaqların altındakı promo kodu gulustan.info.az saytında qeydiyatdan keçirmək lazımdır. Əlavə olaraq Bakcell nömrələrindən promo kodu qısa smslə 5555-ə göndərərək də qeydiyyatdan keçmək mümkündür.


Qaliblər təsadüfi nömrələr generatoru vasitəsilə müəyyən edilir və hər bir qalib iştirakçıya SMS vasitəsilə məlumat verilir. Həmçinin qaliblərin siyahısı promo.gulustan.info.az saytında gündəlik yenilənir.



QAZANMAĞA HAZIRSAN? GÜLÜSTAN İÇ VƏ HƏDİYYƏ QAZAN!


Qeyd edək ki, «TAC» MMC əhalinin keyfiyyətli içməli su və sərinləşdirici içkilər ilə təmin edilməsi üçün Azərbaycanda yaradılan ilk şirkətlərdən biri olaraq artıq 25 ildir ki fəaliyyət göstərməkdədir. Bu müddət ərzində «TAC» MMC daxili bazarı “Aquavita” təbii mineral sular, geniş çeşiddə “Gülüstan” limonadları, “Şahdağ” keyfiyyətli içməli sular və sərinləşdirici içkilər, “Jingo” təbii şirətərkibli içkilər, “Nicetea” soyuq çayları ilə təmin etməkdədir.


Kampaniya ilə bağlı ətraflı məlumatları gulustan.info.az saytından, eləcə də (+99412)346-22-91/92, 346-40-00 nömrələri vasitəsilə əldə edə bilərsiniz.

 
 
bottom of page