top of page

Hər evdə təmiz, ləzzətli “Şahdağ” suları olsun!

Hər evdə təmiz, ləzzətli “Şahdağ” suları olsun!


“TAC” şirkəti əhaliyə xüsusi karantin rejiminin şərtlərinə riayət edilməsində kömək etmək, eyni zamanda sağlamlıqlarını qorumaq üçün qablaşdırılmış suların evlərə çatdırılması xidmətini başlatdı.

Şirkətin öz istehsalı olan ekoloji cəhətdən təhlükəsiz 19, 17.5, 10 və 5 litr həcmli qablaşdırmada, xüsusi endirimli qiymətlərlə “Şahdağ” təbii içməli sularının evlərə çatdırılması əhaliyə təklif olunur. Eyni zamanda istehlakçılar sifarişlərini yüksək keyfiyyətli “Şahdağ” alkoqolsuz içkiləri ilə də çeşidləndirə bilərlər. Sifarişlər çatdırılmadan bir gün öncə qəbul edilir. Məhsulların çatdırılması tamamilə pulsuz həyata keçirilir. Sifariş vermək, eyni zamanda məhsul növləri və minimal sifariş miqdarı barədə məlumat əldə etmək üçün (012)447-29-70 /-80 şəhər və (055)205-70-67 /-97 mobil nömrələri ilə əlaqə saxlamaq olar.

“Şahdag” – “TAC” şirkətinin aparıcı markalarından biri olaraq uzun illərdir istehlakçıların sevgi və rəğbətini qazanmışdır. Özünə məxsus xoş və yumşaq dadı ilə fərqlənən yerli su “Şahdağ”, çox pilləli təmizlənmə sistemindən keçərək faydalı xüsusiyyətləri qoruyub saxlayır.

Hal hazırda yaranmış çətin ekoloji vəziyyətdə istehlakçıların "canlı" təbii su və ekoloji cəhətdən təhlükəsiz sərinləşdirici içkilərlə təmin olunması “TAC” MMC-nin öz üzərinə götürdüyü və müvəffəqiyyətlə həyata keçirdiyi əsas vəzifəsidir. “Şahdağ” markas altında buraxılan məhsullar etibarlı keyfiyyət sertifikatına malikdir və içməli suyun tərkibini tənzimləyən təsdiq edilmiş beynəlxalq standartlara uyğundur.

«TAC» şirkətinin bütün məhsulları, həm içməli sular, həm də müxtəlif sərinləşdirici içkilər, dünyanın aparıcı istehsalçılarından «Krones», «Husky», «Universal Aqua» və s. avadanlıqlar vasitəsilə istehsal olunur. Məhsulların keyfiyyəti beynəlxalq ISO 9001:2008 və ISO 22000:2005 sertifikatları ilə təsdiq edilib. Bu sənədlər şirkətin istehsal etdiyi məhsulların həm yüksək keyfiyyətinin, həm də təhlükəsizliyinin sübutudur.

 
 
bottom of page