Milli Yığma Komandasının oyunçularına dəstək sözləri ilə yeni məhdud seriyalı "Aquavita"
- dizamanova
- Apr 26, 2023
- 2 min read
Mağazaların rəflərində Milli Yığma Komandasının oyunçularına dəstək sözləri ilə yeni məhdud seriyalı "Aquavita" suyunu artıq görə bilərsiniz
Əhalinin yüksək keyfiyyətli içməli su ilə təmin edilməsi üçün Azərbaycanda yaradılan ilk şirkətlərdən olan, "TAC" şirkəti futbol üzrə Milli Yığma Komandaya dəstək olaraq "Millimizə dəstək ol!" şüarı ilə yeni layihəyə start verdi.
UEFA Millətlər Liqası ərəfəsində "Aquavita" ticarət markası, üzrəində futbolçuların təsviri və azarkeşlərə ünvanlanan milli komandanın oyunçularını dəstəkləyən sözlər yazılan unikal seriya istehsal edib.
Seriyanın əsas ideyası - Avropa komandaları arasında beynəlxalq futbol turniri UEFA Millətlər Liqasında milli komandamıza dəstək verməkdir. Xüsusi tərtib edilmiş dizayn və oyunçulara dəstək sözlərindən əlavə məhdud seriyalı "Aquavita" su qablaşdırılmalarının üzərində milli komandamızın Bakıda keçirəcəyi beynəlxalq görüşlərin tarixi də qeyd olunub: 7 Sentyabr Azərbaycan - Kosovo, 14 oktyabr Azərbaycan - Malta, 17 noyabr Azərbaycan - Farer adaları. Etiketlərin üzərində yerləşdirilən "Millimizə dəstək ol!" şüarı azarkeşləri stadiona çağırır, vətənpərvərlik əhval-ruhiyyəsi yüksəldir və qələbəyə etimad yaradır!
Qeyd edək ki, "TAC" şirkətinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə əməkdaşlığı 2005-ci ildə başlanmışdır ki, bu əməkdaşlıq çərçivəsində "Aquavita" markası milli komandanın oyunlarında rəsmi su brendi olmuşdur.
“Aquavita” ticarət markası, “TAC” şirkətinin əsas ideologiyalsı olan sağlam həyat tərzini dəstəkləyir və bu səbəbdən bir çox idman klubları və tədbirləri ilə əməkdaşlıq edir.
“Aquavita” suyunun unikallığı onun təbiətin hədiyyəsi olan təbii mineral tərikibin qorunub saxlanılmasıdır. O, Azərbaycanın gözəl güşələrindən olan Xaçmaz rayonunun Şuşaqışlaq kəndinin ekoloji cəhətdən təmiz meşəlik ərazisində yerləşən 420 metrlik artizan quyusunun dərinliyindən çıxarılır. Burada su ətraf mühitdən bioloji və kimyəvi çirklənmədən etibarlı şəkildə qorunur.
“TAC” şirkəti 20 ildən artıq fəaliyyət göstərir. Şirkət, məhsullarının istehsalında yüksək keyfiyyətli xam maddələrdən və texnoloji yeniliklərdən istifadə edir və eyni zamanda suyun hazırlanması prosesləri ilə məşğul olan Rusiya, Almaniya, Fransa və Türkiyə kimi təcrübəli ölkələrin mütəxəssislərinin də yaxından iştirak etməsi ilə yüksək keyfiyyətli, mükəmməl dad və gözəl tərkibə malik məhsul ilə təmin edir.