top of page

«Aquavita» 2022 ISSF Dünya Kubokunun rəsmi su partnyorudur!

Updated: May 5, 2023

Mayın 27-də Bakıda təşkil olunan güllə və stend atıcılığı üzrə Dünya Kuboku yarışına start verilib.



Azərbaycan Atıcılıq Federasiyası Bakı şəhərində Güllə və Stend atıcılığı növləri üzrə ISSF Dünya Kubokuna ev sahibliyi edir. Bu yarış, Beynəlxalq Atıcılıq İdman Federasiyası (ISSF) tərəfindən Olimpiya atıcılıq növlərində hər il keçirilən ISSF Dünya Kubokunun dörd mərhələsindən biridir.


ISSF Dünya Kuboku Bakı 2022 yarışında Olimpiya idman növləri olan güllə və stend atıcılığının 15 növü üzrə yarışlar keçiriləcək. İyunun 7-dək davam edən turnirdə 66 ölkədən 703 idmançı, 231 nümayəndə iştirak edir.

“Aquavita” markası ənənəyə sadiq qalaraq yenə də idmançıların yanındadır! “TAC” şirkətinin əsas ideologiyalsı olan sağlam həyat tərzini dəstəkləyən ticarət markası Aquavita atıcılıq üzrə Dünya Kubokunun rəsmi su partnyoru qismində çıxış edir.


Qeyd edək ki, atıcılıq üzrə keçiriləcək bu yarış Bakı Atıcılıq Mərkəzində baş tutacaq ən böyük idman tədbirlərindən biri olacaqdır. Dünya Kubokunun birinci günündə 10 metr məsafəyə tüfəng, pnevmatik tapançadan atəş açma yarışlarında kişilər və qadınlar arasında seçmə mərhələsi keçiriləcək. Atıcılar 30-u qızıl olmaqla, ümumilikdə 188 medal uğrunda mübarizə aparırlar.


Qarşıdurmaların fasiləsi və taymautlar zamanı atıcılar təbii suya ehtiyac duyurlar. İdeal balanslaşdırılmış, unikal tərkibə malik «Aquavita» suları onların orqanizmini lazımlı minerallarla zənginləşdirərək tonusda saxlamağa imkan verir.


Yüksək keyfiyyətə, mükəmməl dada və unikal mineral tərkibə malik «Aquavita» suları olduğu kimi, təbiətin onu yaratdığı halında, təbii mineral tərikibi qorunub saxlanılaraq istehlakçıya çatdırılır. Məhz bu xüsusiyyət «Aquavita»-nı yerli bazarda olan digər sulardan fərqləndirir.


«Aquavita» işdə, istirahətdə və idman məşğuliyyəti zamanı əvəzolunmazdır!


ISSF Dünya Kuboku Bakı 2022 haqqında daha ətraflı məlumatı www.issfsports.org və www.aze-shooting.com saytlarından əldə etmək mümkündür.


 
 
bottom of page