top of page
Şahdağ şirələri

Dadın və ətrin nəfis harmoniyası

«Şahdağ» içkiləri – əsl mükəmməlliyə dəyər verənlərin hiss edə biləcəyi təkrarolunmaz ətir və möhtəşəm dadın nəfis harmoniyasıdır.

«TAC» şirkətinin aparıcı markalarından biri olan «Şahdag» uzun illərdir istehlakçıların sevgi və rəğbətini qazanmışdır. Markanın çeşid siyahısı hər bir zövqü oxşayan içməli sular, limonadlar və təbii meyvə şirəsi tərkibli içkilərdən ibarətdir. Məhsul çeşidləri xüsusilə Azərbaycanı simvolizə edən həm ənənəvi, həm də xüsusi meyvə dadlarını vurğulayaraq yerli və xarici bazarda təşviq məqsədilə düşünülüb.

Yüksək keyfiyyətli «Şahdağ» içkilərinin unikal və möhtəşəm dadı tərkibində olan vitaminlər və mikroelementlərlə zəngin təbii meyvə şirəsi və püresi sayəsində əldə olunur. Spirtsiz qazlı içkilər 100% təbiidir, kimyəvi konservant, süni rəngləndirici və aromatizatorlar əlavə olunmadan hazırlanır, tərkibində GMO yoxdur.

Screenshot_1.png

Şirətərkibli içkilər

Təbii meyvə şirəsi və püresindən hazırlanan bu möhtəşəm qazlı içkilərin unikal, rəngarəng dadları yeni-yeni dadlar axtarışında olanlar

üçün tam bir tapıntıdır.

 

Narın dolğun turşməzə dadı və günəş altında qurumuş qabıq notlarının ahəngi, heyvanın turş-şirin dadı və özünə məxsus xüsusi notlarla zəngin ətri, feyxoanın unikal dadı və ecazkar ətri və hər kəsin bəyəndiyi və sevib-seçdiyi həmin o əfsanəvi armud dadını özündə birləşdirən “Şahdağ” içkiləri Sizin üçün əsl enerji və xoş əhval-ruhiyyə

mənbəyinə çevriləcək.

Bu ləzzətdən imtina etməyin, dadın və aşiq olun!

Без имени-2222.png
Şahdağ nar 300 ml şirətərkibli içki taj.az

1/4

NAR

330 ml / QAZLI

Bağlamada 12/24 ədəd.

Saxlama şəraiti: 5-20°C temperatur şəraitində, havanin nisbi rütubəti 75%-dən artıq olmamaq şərti ilə saxlanmalı, işıq və günəş şüalarından qorunmalıdır. Saxlanma müddəti 24 ay.

Limonadlar

Günəşin ilk şüası kimi əhval-ruhiyyəni qaldıran və soyuq duş kimi gümrahlandıran qazlı içki. Hər kəsin bəyəndiyi və sevib-seçdiyi həmin o əfsanəvi dad. Nəsildən-nəsilə ötürülən seçim və onilliklərlə alıcıların sevgi və rəğbətini qoruyub saxlayan dad. Bu möhtəşəm, ənənəvi və sərinləşdirən içkinin özündə əks etdirdiyi təkrarolunmaz ətir və tamı yalnız əsl mükəmməliyə dəyər verənlər hiss edə bilər.

“Şahdağ” limonadları möhtəşəm dadı və orijinal ətri ilə anında sərinləşdirir və susuzluğu yatırır.

Özünüzü və doğmalarınızı bu unudulmaz içki ilə əzizləyin!

Şahdağ düşes 0.5 L limonad şüşə taj.az

1/6

DÜŞES

0,5 LT / QAZLI

Bağlamada 12 ədəd.

Saxlama şəraiti: 5-20°C temperatur şəraitində, havanin nisbi rütubəti 75%-dən artıq olmamaq şərti ilə saxlanmalı, işıq və günəş şüalarından qorunmalıdır. Saxlanma müddəti 10 ay

Logo Aquavita şirkəti
Logo Gülüstan şirkəti
Logo Şahdağ şirkəti
Logo Jingo şirkəti
Logo Nicetea şirkəti
bottom of page